Bakı Xoreoqrafiya Akademiyası
   















   ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 ELMİ ŞURA


example7     Akademiyanın fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün ali idarəetmə orqanıdır. Elmi Şuranın tərkibini Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rektoru (Elmi Şuranın sədri), prorektorlar, fakültə dekanları, aparıcı kafedraların müdirləri və akademiyada pedaqoji fəaliyyət göstərən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri daxildirlər. Akademiyanın inkişaf proqramını təsdiq edilməsi, Akademiyanın fəaliyyəti barədə rektorun illik hesabatını dinləyilməsi, tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edilməsi, qəbul sınaqlarını təşkil edilməsi, kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflərin verilməsi, tədris planlarının və proqramlarının layihələrini, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil planlarının layihələrini müzakirə edilməsi, example7
    - Akademiyanın struktur bölmələrinin hesabatlarını dinlənilməsi, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edilməsi, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində iş aparılması,
    - Akademiyanın elmi-pedaqoji işçilərinə elmi adlar verilməsi üçün vəsatət qaldırılması, dissertasiyaların mövzularını təsdiq edilməsi,
    - Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edilməsi, adlı təqaüdlər verilməsi üçün namizədlərin siyahısını təsdiq edilməsi,
    - Akademiyanın strukturu barədə example7
    - Akademiyanın rektoruna təkliflər verilməsi, elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edilməsi, elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edilməsi, doktoranturaya qəbul edilməsi, dissertant təhkim olunması, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün müraciət etmiş şəxslər sırasından namizədləri tövsiyə edilməsi,
    - Akademiyanın fəxri adlarını təsis edilməsi,
    - Akademiyanın təhsil birliklərinə, assosiasiyalarına və ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair Akademiyanın rektoruna təkliflər verilməsi, rektorunun Akademiyanın illik büdcəsi və onun icrası barədə hesabatını dinlənilməsi Elmi Şuranın əsas vəzifələridir.