ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



BƏDİİ ŞURA

    Akademiyanın məşvərətçi orqandır. Bədii Şura bədii rəhbərin, istehsalat təcrübəsi rəhbərinin, şöbə müdirlərinin dərs ili üçün perspektiv iş planlarını, ixtisas fənləri üzrə tədris proqramlarını müzakirə edir və tövsiyələr verir. İxtisas fənləri üzrə dövlət tədris plan və proqramlarının hər bir müəllim tərəfindən yerinə yetirilməsi, təlim prosesinin keyfiyyəti, bədii-estetik səviyyəsi, istedadlı şagird və tələbələrlə aparılan fərdi yaradıcılıq işlərinin vəziyyəti, şagird və tələbələrin səhnə və istehsalat təcrübəsinin təşkili və aparılması, baza teatrı ilə yaradıcılıq əlaqələrinə aid məsələləri müzakirə edir, yekunlaşdırır, qiymətləndirir, bu işlərin səmərəliliyinin artırılması yollarını müəyyənləşdirir. Şagird və tələbələrin yaradıcılıq-hesabat konsertlərinin, digər açıq və qapalı konsertlərin proqramlarını, konserti hazırlayan müəllimlərin, ifaçıların fəaliyyətini müzakirə edir, qiymətləndirir, daha yüksək göstəricilərə nail olanların mənəvi və maddi cəhətdən həvəsləndirilməsi barədə təkliflər verir. İxtisas fənn müəllimlərinin pedaqoji ustalıqlarının artırılması məsələlərini, pedaqoji-yaradıcılıq konfrans və seminarların proqramlarını müzakirə edir. İxtisas üzrə sinifdən-sinfə (kursdan-kursa) keçid imtahanları aparılacaq fənləri müəyyənləşdirir, imtahan komissiyalarının tərkibi barədə təkliflər verir.
    Bədii Şuranın tərkibinə Akademiyanın rektoru (sədr), bədii rəhbər, istehsalat təcrübəsi müdiri, fəxri adları olan, habelə aparıcı rəqs müəllimləri, baza teatrlarından aparıcı mütəxəssislər və tanınmış səhnə ustaları daxil edilir. Bədii rəhbər ixtisas fənləri üzrə müəllimlərin peşəkar yaradıcılıq və metodiki işlərinə nəzarət edir, məsuliyyət daşıyır, o cümlədən müəllimlərin peşəkar yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi yollarını müəyyənləşdirir. O həmçinin Bədii Şuranın iclaslarını hazırlayır, yaradıcılıq konfranslarının keçirilməsi barədə Elmi və Bədii şuralara təkliflər verir, belə konfransların proqramlarını tərtib edir. Tələbə və şagirdlərlə aparılan təlim işinin bədii-estetik səviyyəsini daha da yüksəltmək üçün tədbirlər görür, klassik, xalq və idman-bal rəqsləri üzrə istedadlı şagird və tələbələrin aşkar olunmasını, onlarla xüsusi proqramlar əsasında işlərin aparılmasını, Akademiyada daxili müsabiqələrin keçirilməsini təşkil edir. Gənc rəqqasların Azərbaycan Respublikasında və xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirakı üçün ixtisas fənn müəllimləri ilə birlikdə namizədləri müəyyən edir və bu barədə Elmi və Bədii şuralara təkliflər verir, şagird və tələbələrin istehsalat təcrübəsini təşkil edir, Akademiyanın təhkim olunduğu teatrlarla əlaqə saxlayır, açıq və qapalı konsertlərin, bədii-kütləvi tədbirlərin hazırlanıb keçirilməsini təşkil edir, repertuar və konsert proqramlarını tərtib edir və təsdiq olunması üçün rektora təqdim edir, Bədii Şurada müzakirə olunacaq materialları hazırlayır və baxılması üçün Bədii Şuraya təqdim edir, öz ixtisasına uyğun pedaqoji iş aparır.